Bu il Azərbaycanda 29 mlrd. 242,5 mln. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılıb.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində öz əksini tapıb. Bu, ötən ildəki göstəricidən 0,23% çoxdur.
2017-ci ildə ölkədə qaz hasilatının 28 mlrd. 390 mln. ton təşkil edəcəyi gözlənilir ki, bu da builki proqnozdan 2,92% azdır.
Sənəddə qeyd olunub ki, 2018-ci ildə 30 mlrd. 316,5 mln. ton, 2019-cu ildə 35 mlrd. 603 mln. ton, 2020-ci ildə isə 38 mlrd. 711 mln. ton qaz istehsal olunacaq.
2020-ci ildə Azərbaycanda qaz hasilatı builki proqnozdan 32,4% çox olacaq.
Mənbə: Apa.az