Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb

İndiyə qədər Avropa Komissiyası TRACECA (Europa-Cuacasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. Bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.

Onun sözlərinə görə, hazırda dəhliz vasitəsi ilə daşınan yükün 50%-ni neft və neft məhsulları təşkil edir: "Artıq 2013-cü ildən Qafqazdan keçməklə Ukraynadan Çinə bir neçə dəfə yük daşınıb. Bu ilin sonu, gələn ilin əvvəlinə Türkiyə və Gürcüstan dəmir yolu sistemlərinin birləşdirilməsi gözlənilir".

Mənbə: Report.az