Kredit Meneceri (Mikro), Qusar filialı | Banco.az
Rabitəbank

Kredit Meneceri (Mikro), Qusar filialı

Vakansiya haqqında məlumat: 

Vəzifə üzrə əsas fəaliyyət:

  • Potensial müştərilərin banka cəlb olunması
  • Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
  • Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi
  • Müştərilərə göstərilən  xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
  • Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
  • Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
  • Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
  • Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
  • Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımı tədbirlərin həyata keçirilməsi

Namizədə olan tələblər:

  • Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
  • Azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
  • Komandanın idarə edilməsində təcrübənin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Yüksək təhlil etmə bacarıqları
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
  • Təlim keçmə sahəsində  təcrübənin olması
  • Satışın psixologiyası və prinsiplərini əla bilməsi
  • Fərdi və komanda şəklində işləmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət nketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33