Növbəti 3 il ərzində dünyanın mərkəzi banklarının 56%-i qızıl ehtiyatını artırmağı planlaşdırır. "Interfax" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) icmalında deyilir.
İcmala əsasən, həmin dövrdə tənzimləyicilərin 33%-i qızıl ehtiyatlarını indiki səviyyədə saxlamağı, 11%-i isə azaltmağı planlaşdırır.
WGC-nin analitikləri qeyd edir ki, cari ilin III rübündə mərkəzi banklar ümumilikdə 81,7 ton qızıl alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51% azdır.
Ən aktiv qızıl alıcıları Rusiya Bankı (43,9 ton), Çin (15,2 ton) və Qazaxıstandır (10 ton).
Mənbə: Apa.az
Bizi facebook səhifəmizdən də izləyin