Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 kommersiya bankının daşınmaz əmlaklnı satışa çıxarmağa hazırlaşır. Bu barədə ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, gələn həftə rəhbərlik etdiyi qurumun Himayəçilər Şurasının iclası keçiriləcək və əmlakların satışı ilə bağlı qaydalar təsdiq ediləcək:
"Bundan sonra qiymətləndiricilər vasitəsi ilə əmlakların dəyəri müəyyən ediləcək və onlar satışa çıxarılacaq".
A.Cavadov onu da qeyd edib ki, bağlanmış banklara məxsus daşınmaz əmlak arasında satışı ləngiyənlərin icarəyə veriləcəyi istisna deyil:
"Təbii ki, fond bu əmlakların hansısa formada pul gətirməsində maraqlıdır. Odur ki, satılmayan əmlaklar real müştəri olana qədər icarəyə verilə bilər".
Xatırladaq ki, ADİF "Royalbank" "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Dekabank", "Kredobank", "Parabank", "Zaminbank" və "Gəncəbank" ASC-lərin ləğv edilməsini həyat keçirir.
Mənbə: Report.az