Sürətlə bahalaşan dolların satışı banklar tərəfindən müəyyən olunmuş limitlərlə satılır. Hər bir şəxs bank tərəfindən qoyulmuş limitdən artıq dollar əldə edə bilmir. Bu limitlər isə hər bir bank üçün müxtəlifdir.
Həmçinin bax: Hansı banklar dollar satır?
Bəzi banklar bahalaşma dövründə dolların satışını azaltsa da, bəzi banklar satış limitini artırıb.
Banco.az bankdan aldığı məlumata əsasən xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan” dollar satışının həcmində nəzərə çarpacaq həddə yüksəliş edib. Bank dolların satış limitini 300 USD-dən 60 000 USD-ə qaldırıb.