Dekabrın 1-də Bakıda ilk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək.
Tədbir Azərbaycanın Vaşinqtondakı və ABŞ-ın Bakıdakı səfirliklərinin dəstəyi ilə Palata tərəfindən təşkil ediləcək.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan və Birləşmiş Ştatlar arasında əmtəə dövriyyəsi 416,2 milyon dollar təşkil edib.
Mənbə: Trend.az