Aparıcı mütəxəssis | Banco.az
Bank BTB

Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Satışlar departamenti, İpoteka şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İpoteka şöbəsinin Aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirir;
  • Verilmiş ipoteka kreditlərinin Azərbaycan İpoteka Fondu ASC tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;
  • Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;
  • İpoteka  müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında (EİS) hesabatlar hazırlayır;
  • İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;
  • Əlaqəli qurumlarla iş.

 Namizədə tələblər:

  • Ali təhsil  (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
  • İpoteka kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Analitik təhlil qabiliyyəti;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.11.2016- cı il tarixinə qədər  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İpoteka şöbəsinin Aparıcı mütəxəssisi )  göstərməyiniz xahiş olunur.