Bankın departament direktoru işdən çıxıb | Banco.az

Bankın departament direktoru işdən çıxıb

"AFB Bank" ASC-nin Kredit Departamentinin direktoru işdən çıxıb. Bankdan  verilən məlumata görə, söhbət Yaşar İsmayılovdan gedir. Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az