Kapital Bank
Menecer
Vakansiya haqqında məlumat:
Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Menecer
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərlərin sifarişinə əsasən aparılan əməliyyatlar zamanı tələb olunan qaydalara əməl olunmasına nəzarəti təmin edən alətlərin yaradılması;
- Mövcud biznes proseslərdə olan boşluqların aradan aşkarlanması;
- İnsidentlərin aşkarlanması və izlənməsi alətlərinin təkmilləşdirilməsi;
- Yeni təcrübələri və beynəlxalq standartları (COSO, Bazel) tədqiq edib iş prosesində tətbiq etmək.
Tələblər
- Ali təhsil;
- Bank əməliyyatları sahəsində 5 illik iş təcrübəsi;
- Əməliyyat risklərinin idarə olunması üzrə biliklər;
- Təzyiqə davamlılıq və operativlik;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Fərdi və komanda şəklində işləmək qabiliyyəti.
CV-lərinizi, mövzu bölməsində “Əməliyyat Riskləri - Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.