"Apple"ın gəlirlərini azalıb | Banco.az

"Apple"ın gəlirlərini azalıb

"Apple" korporasiyasının illik gəlirində 2001-ci ildən etibarən ilk dəfə azalma qeydə alınıb. "APA-Economics" xəbər verir ki, son 3 ayda smartfonların satışının analitiklərin proqnozlarını üstələməsinə baxmayaraq, şirkətin gəlirləri son 9 ayda $46,85 mlrd. təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.

Şirkətin hesabatında qeyd olunub ki, iyulun əvvəlindən etibarən son 3 ayda şirkət 45,51 mln. ədəd "iPhone" satıb. Bu isə analitiklərin proqnozlarından çox, ötən ilin III rübü ilə müqayisədə isə azdır.
Buna baxmayaraq, şirkətin rəhbərliyi hesab edir ki, yeni smartfon modellərinin istifadəyə verilməsi sayəsində şirkət gələn rüb vəziyyəti düzəldəcək.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az