Nəzarət Palatası iki bankın filial və şöbəsinin açılmasına icazə verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Nəzarət Palatası iki bankın filial və şöbəsinin açılmasına icazə verib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən "Naxçıvanbank" ASC-nin "Ordubad rayon" filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.

Palatadan verilən məlumata görə, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün MBNP-yə daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və onların açılmasına dair qərar qəbul edilib.

Mənbə : apa.az