Xalq Bank
Kiçik kassir/baş kassir
Vakansiya haqqında məlumat:
"Şamaxı" filialı
Vəzifə: Bankın "Şamaxı" filialının kiçik kassiri/baş kassiri
Əməkhaqqı: 540 AZN-dən 1180 AZN-dək
İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə
Şəhər: Şamaxı
Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 380 AZN ödənilməklə stajçı kassir götürülə bilər
Namizədlərə dair tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oölanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İşin təsviri:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
- Nağd vəsaitlərin çeşidlənməsi;
- Bankomatların yüklənilməsi və boşaldılması.
Qeyd: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34