Rusiya iqtisadiyyatı 0,7% azalıb | Banco.az

Rusiya iqtisadiyyatı 0,7% azalıb

Rusiyada ÜDM-in həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində illik müqayisədə 0,7% azalma göstərib, bu açıqlamanı Rusiya İqtisadi İnkişaf Nazirliyi verib. 

Nazirlik həmçinin bildirib ki, mövsümi amillərdən kənar ÜDM-də ilin ilk 8 ayında dəyişiklik qeydə alınmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Rusiyanın müsbət xarici ticarət saldosu yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə 48,8% azalıb. Avqustda ölkədə pərakəndə ticarət dövriyyəsi (mövsümi amillər nəzərə alınmadan) 0,1% azalıb. 

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et