Brent markalı neftin qiyməti düşdü | Banco.az

Brent markalı neftin qiyməti düşdü

Asiya birjalarında vəziyyət “qara qızıl”ın qiymətini aşağı salır.

Dünya bazarında “qara qızıl”ın qiyməti ucuzlaşır.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,46% ucuzlaşaraq bir barelə görə 49,96 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,66% azalaraq 47,92 dollara satılıb.

Ən sərfəli kredit üçün müraciət et

APA-nın məlumatına görə isə, neftin ucuzlaşmasına Asiya birjalarında ticarət əməliyyatları ilə bağlı məlumatların səbəb olduğu bildirilir. Bununla belə, investorlar Çində işgüzar aktivlik indeksini diqqətlə izləyir. Bu indeks üzrə göstəricilər artımın olacağına işarə edir. İşgüzar dairələr OPEK-in neft hasilatının azaldılacağı ilə bağlı planlarını da səbirsizliklə gözləyir.

Mənbə : oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et