Bankomatlar haqqında 5 maraqlı fakt | Banco.az

Bankomatlar haqqında 5 maraqlı fakt

ATM və ya Bankomat (ing. Automated Teller Machine) —  müştərilərin bankın xidmətlərindən istifadəsi zamanı insansız çalışan elektromexanik vasitədir.

Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitlərini çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.

Bu gün isə dünyada bankomatlar haqqında müxtəlif amma maraqlı 5 faktı nəzərinizə çatdıraçağıq:

 

Hindistanda əhali bankomatlar vasitəsi ilə dini bağışlar və ianələr edirlər, bununla bağlı olaraq bir çox bankların məbədləri mövcuddur.

 

Sinqapurda siz, ATM-lər vasitəsi ilə İPO (səhmlərin ilkin alışı və satışı) üçün müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Rumıniyada əhalinin 84%-nin bank hesabı yoxdur, ATM-lər insanların nağd ödənişlərini etmək üçün quraşdırılıb. Eləcə də, bir çox xidmət haqları bankomatlar vasitəsi ilə köçürülür.

 

Braziliyada bankomatlara müştərilərin əl və bilək damarları vasitəsi ilə tanınması üçün biometrik tanıma qurğuları mövcuddur.

 

Qatar Əmirliyində isə ATM-lərdən nağd pul çıxarışı etmək mümkün deyil, bu qurğular yalnız nağd vəsaiti daxil etmək üçün proqramlaşdırılıb.