Daha bir lizinq şirkəti maliyyələşdirməni dayandırıb | Banco.az

Daha bir lizinq şirkəti maliyyələşdirməni dayandırıb

"Parex Leasing and Factoring" MMC lizinq xidmətinə fasilə verib.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

"Maliyyələşdirmənin dayandırılması təsisçinin qərarıdır və səbəbi barədə açıqlama verə bilmərik. Yəqin ki, nə vaxtsa xidmətimizi bərpa edəcəyik", - deyə "Parex Leasing and Factoring"dən bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, adı çəkilən şirkət Azərbaycanda 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. ABŞ dollarıdır. "Parex Leasing and Factoring" 100% Latviya vətəndaşı olan İqor Osipenkoya məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et