“Azər-Türk Bank” ASC 2016-cı ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
Hesabatlara əsasən bankın aktivləri 2016-cı ilin ikinci rübübə əsasən 880 milyon 864 min manat olmuşdur. Bu göstərici ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bankın kredit portfeli cari ilin ikinci rübündə 154 milyon manat olmuşdur.
“Azər-Türk Bank”ın məcmu kapitalı üzrə göstəricilər ikinci rüb üçün 56 milyon 209 min manat olmuşdur.
Bank ikinci rübü mənfəətlə başa vurmuşdur. Belə ki, sözügedən dövrdə bankın xalis mənfəəti 8 milyon 900 min manat təşkil etmişdir. Ötən rüblə müqayisədə bu 13%, 2015-ci ilin ikinci rübü ilə müqayisədə isə 3 dəfədən çox artım deməkdir.
25 may 1995-ci ildə təsis edilmiş “Azər-Türk Bank” hal-hazırda 7 filial şəbəkəsi ilə fəaliyyət göstərir.