Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi artıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabata əsasən, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi iyun ayının 1-ə 1 514,2 mln. manat təşkil edib.
Banco.az bildirir ki, kredit portfelində problemli kreditlərin həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 133 mln. manat və ya 10% artmışdır.
Son bir ildə isə problemli kreditlər 201 mln. manat və ya 15,3% çoxalıb.