"Parabank" ASC 15 milyon manatlıq səhm buraxacaq | Banco.az

"Parabank" ASC 15 milyon manatlıq səhm buraxacaq

"Parabank" ASC Kapital nizamnaməsinin artırılması məqsədi ilə səhm buraxılışına başlayıb. 

Bankdan Banco.az-a verilən açıqlamaya əsasən, "Parabank" ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağının 07.03.2016-cı il tarixli qərarı ilə hər birinin nominal dəyəri 200 manatdan 15.000.000 manat dəyərində 75.000 ədəd adi adlı sənədsiz səhmlərin buraxılaraq, yerləşdirilməsi və bu üsulla bankın nizamnamə kapitalının artırılması qərara alınmışdır.

2016-cı il iyulun 1-də Azərbaycan Respublikasına Maliyyə Bazarlarına Nəzarət Palatasının Dövlət Reyestrində bu qərar qeydiyyata alınmışdır.