Tarix boyunca dəfələrlə bank qarətləri həyata keçirilmişdir amma bunların bir çoxu uğursuz olmuşdur. Bəzi bank soyğunçuluqları isə külli miqdarda pul və qızıl oğurluğu ilə nəticələnmiş və onlar arasında bir neçəsi isə üstüaçılmamış cinayət kimi tarixə düşmüşdür.
Bu gün isə sizlər üçün uğurlu bank qarətlərini araşdırdıq və onlardan ən uğurlu 5 oğurluq hadisəsini sizlərə təqdim edirik:
1. Mərkəzi Bank qarəti.
Fortaleza, Braziliya: 2005
Oğurlanıb: 70 milyon dollar
Banka daha yaxın ərazidə kommersiya mülkiyyəti icarəyə götürən bir qrup bandanın əsas məqsədi bank soyğunçuluğunu həyata keçirmək idi və onlar bankın altına qədər yeraltı tunel qazmaq üçün 3 ay vaxt sərf etdilər. Sonra isə avqust ayında tunel vasitəsi ilə Bankın filialının beton ilə bərkidilmiş anbarına çatmağa bir həfdədən çox çalışdılar. Banda tərəfindən 3.5 ton Braziliya notu oğurlamaq hədəflənmişdi, belə də oldu. Bu pulların çoxu isə heç vaxt geri qaytarıla bilmədi.
2. Brink's-MAT oğurluğu
London: 1983
Oğurlanıb 41 milyon dollar
Bir noyabr səhəri 6 soyğunçu Heathrow Aeroportundan bir mühafizə gözətçisinin köməyi ilə Brink’s MAT bankının anbarına daxil oldular. İlk öncə, onlar 3 milyon funt sterlinq oğurlamaq niyətində idilər amma əlavə 3 ton qızıl külçəsi və brilyantın tapılması planları dəyişdi. Bir çox bandalar cinayət işinə cəlb olundu amma oğurlanan qızıllar geri qaytarıla bilmədi.
3. Securitas Depod soyğunçuluğu
Kent, Böyük Britaniya: 2016
Oğurlanıb 83 milyon dollar
Bu oğurluq sadalananlar arasında ən çox nağd pul oğurluğu kimi yadda qalıb, həmçinin ən qəddar və zorakı oğurluqdur. Özünü polis kimi təqdim edən ağır silahlı soyğunçular filial müdirini və ailəsini girov götürdülər və onları anbara gətirərək kassanı açmağa məcbur etdilər. Onlar dünyanın ən varlılarına çevrilsələr də, qisa müddət sonra həbs edildilər.
4. Şimal Bankı qarəti
Belfast, Böyük Britaniya: 2004
Oğurlanıb: 41 milyon dollar
Milad bayramından bir neçə gün əvvəl soyğunçu bandasının üzvləri bankın filial müdirini izləyərək evinə basqın etmiş və ailəsini saxlayaraq müdirin onlara kömək edəcəyi təqdirdə ailəsini buraxacaqlarını demişlər. Nəhayət müdirin köməyi ilə oğurluq həyata keçmişdir, yalnız bu cinayət hələ də həllini tapmamışdır.
5. İraq Mərkəzi Bankında soyğunçuluq.
Bağdad, İraq: 2003
Oğurlanıb: 920 milyon dollardan çox məbləğ
Tarixin ən böyük oğurluğu hesab olunur. Səddam Hüseyn tərəfindən Amerika işğalından bir neçə gün əvvəl sifariş edilmişdir. Səddam Hüseyn tərəfindən imzalanan sənədə əsasən 920 milyon dollar bakdan götürülərək oğlu Qusaya verilməli və onun vasitəsi ilə başqa yerə daşınmalı idi. Ancaq pulun hara aparılması məlum deyildi. Bu pulların nə qədərinin geri qaytarılması məlum olmasa da, reyd zamanı Səddam Hüseynin sarayından 650 milyon dollar tapılmışdır.