Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq təşkilatı kimi dövlət qeydiyyatından keçmiş və ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxsdir.
Prosessinq təşkilatlarına prosessinq fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin verilməsi, bu fəaliyyətə nəzarət qaydaları, həmçinin prosessinq sisteminin etibarlılığına və təhlükəsizliyinə aid minimum tələblər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilir. Prosessinq fəaliyyətinin həyata keçirilməsi üçün icazə müddətsiz olaraq verilir.
Ölkəmizdə fəaliyyət göstərən prosessinq təşkilatları və onlarla əməkdaşlıq quran bankları sizlərə təqdim edəcəyik.
"AzeriCard"
"Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus olan “AzeriCard”ın 1996-cı ildə ölkədə ilk prosessinq təşkilatı kimi əsası qoyulmuşdur. 1997-ci ildə Qafqaz regionu və Orta Asiyada debet/kredit kartlarının xidmət olunması üçün “AzeriCard” prosessinq təşkilatının qurulması başlanmışdır.
"AzeriCard" prosessinq təşkilatı |
AFB Bank |
AG Bank |
Amrahbank |
Atabank |
Azər Türk Bank |
Azərbaycan Beynəlxalq Bankı |
Bank Avrasiya |
Bank BTB |
Bank Respublika |
Premium Bank |
Muğanbank |
NBC Bank |
Nikoil Bank |
Paşabank |
Rabitəbank |
Turanbank |
VTB Bank |
Xalq Bank |
Ziraatbank |
MilliKart
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” prosessinq təşkilatı 03 yanvar 2005-ci il tarixində yaradılaraq istismara verilmişdir. 14 iyul 2006-cı il tarixində 18 bankın təşəbbüsü ilə “MilliKart” MMC təsis edilmişdir.
"MilliKart" prosessinq təşkilatı |
Accessbank |
AG Bank |
ASB Bank |
Bank of Baku |
Expressbank |
Paşa Bank |
Naxçıvan Bank |
Yapı Kredi Bank |
Unibank |
Bəzi banklar isə heç bir prosessinq təşkilatına aid deyil. Bu bankların özlərinin daxili prosessinq mərkəzləri var. Həmin banklar aşağıdakılardır:
Daxili Prossesinq Mərkəzi olan Banklar |
Kapital Bank |