Texniki şöbənin eksperti | Banco.az
Bank of Baku

Texniki şöbənin eksperti

Vakansiya haqqında məlumat: 

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Vəzifə: Ödəniş sistemləri departamenti/Texniki şöbənin eksperti

Əsas vəzifə öhdəlikləri

 Virtualizasiya avadanlıqlarından istifadə edilməklə Linux ƏS bazasında proqram-aparaq kompleksinin idarə edilməsi 
 Proqram təminatının tətbiqi konfiqurasiyası, Oracle DB ilə iş 
 Skriptlərin yazılması və məlumatların mütəmadi olaraq rezervləşdirilməsi (backup) 
 Aparat təminatının (server, məlumatların saxlanılması sistemi) quraşdırılması və konfiqurasiyası 
 Logların təhlili, həmkarlarla və təchizatçılarla işləyərək problemlərin həll edilməsi 
 Proqram təminatının yenilənməsinin test edilməsi, konfiqurasiya və skriptlərin sənədləşdirilməsi

Seçim meyarları

 Ali təhsil
 Sahə üzrə 1- 3 il iş təcrübəsi
 Şəbəkə texnologiyaları, əməliyyat sistemləri və tətbiqlər barədə biliklər
 Azərbaycan, rus və ingilis dilləri – yaxşı
 Problemə yönəlik analitik düşünmə tərzi
 Komanda ilə işləmək bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 Əmək haqqı: iş təcrübəsindən asılı olaraq 
 İş yeri: Bakı şəh., Əməliyyat Mərkəzi

Müraciət üçün son tarix: 15/06/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Linux Administrator qeyd etməyi unutmayın!