Bu ilin yanvar-may aylarında "Standard Insurance" ASC-nin yığımları 10 187,721 min manat təşkil edib.
Bu barədə "Report"a sığorta şirkətindən məlumat verilib.
Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.
Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb. Belə ki, "Standard Insurance" yanvar-mayda 3 250,951 min manat sığorta ödənişi verib. Bu isə 2015-ci ilin eyni dövrünə nisbətən 6,4% çoxdur.
Şirkət ötən ilin ilk 5 ayında 3 054,535 min sığorta ödənişi həyata keçirmişdi.
Xatırladaq ki, 2015-ci ilin ilk 5 ayında "Standard Insurance" 8 365,046 min manat sığorta haqqı toplamışdı.