OPEC-in rəhbəri: "Çətin dövr arxada qaldı" | Banco.az

OPEC-in rəhbəri: "Çətin dövr arxada qaldı"

"Neft bazarında çətin dövr arxada qalıb". Bu barədə OPEC-in rəhbəri Abdulla Salam əl-Bədri deyib.

"Neft bazarı yaxşılaşır, qiymətlər artmaqdadır. Düşünürəm ki, neft bazarında çətin dövr arxada qaldı. Mən artıq neftin qiymətinin artacağını gözləyirəm", - deyə kartel rəhbəri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

OPEC-in bu gün Avstriyanın paytaxtı Vyanada keçirilən görüşündən öncə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falix isə deyib ki, qlobal neft bazarı tarazlaşır və bu amil qiymətlərə müsbət təsir edəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et