Kapital adekvatlığı əmsalı haqqında keçən mövzumuzda ətraflı danışmış, 2015-ci il üzrə bankların kapital adekvatlığı əmsalını sizə təqdim etmişdik.
Banco.az olaraq bu günkü araşdırmamızın məqsədi isə 2016-cı ilin birinci rübünə bankların kapital adekvatlığı əmsalı göstəricilərini sizin nəzərinizə çatdırmaq və onları 2015-ci il göstəriciləri ilə müqayisə etməkdir.
Cari ilin birinci rübü üzrə “Bank kapitalının strukturu və adekvatlğı haqqında məlumatı”nı dərc edən bankların kapital adekvatlığı əmsalları və onların keçən il ilə müqayisəsi aşağıdakı cədvəldə əks olunmuşdur:
BANKLAR |
KAPITAL ADEKVATLIĞI ƏMSALI |
Tarix (2015) |
KAPITAL ADEKVATLIĞI ƏMSALI |
Tarix (2016) |
Fərq |
BANK AVRASİYA |
51.27 % |
31.12.2015 |
58.54% |
30.04.2016 |
7.27% |
ZIRAAT BANKI |
46.30% |
31.12.2015 |
36.20% |
31.03.2016 |
-10.1% |
KAPİTAL BANK |
19.50% |
31.12.2015 |
19.70% |
31.03.2016 |
0.2% |
PAŞA BANK |
17.13% |
31.12.2015 |
19.57% |
31.03.2016 |
2.44% |
BANK OF BAKU |
13.76% |
31.12.2015 |
119.51% |
31.03.2016 |
5.75% |
ASB BANK |
18.15% |
31.12.2015 |
18.21% |
31.03.2016 |
0.06% |
AG BANK |
12.12% |
31.01.2015 |
16.57% |
31.03.2016 |
4.45% |
MUĞANBANK |
12.85% |
31.12.2015 |
14.36% |
31.03.2016 |
1.51% |
Bildiyimiz kimi, Mərkəzi Bank tərəfindən tələb olunan minimum əmsal 12%-dir. Cari ilin göstəricilərini 2015-ci il ilə müqayisə etdikdə bir çox bankların kapital adekvatlığı əmsalında artım müşahidə edə bilərik. Bu isə müsbət haldır. Azalma isə yalnız Ziraat Bankda müşahidə olunur ki, bu da 10.1%-dir.
2015-ci il üzrə bir çox bankların adekvatlıq əmsalları ilə buraya daxil olaraq, tanış ola bilərsiniz.