Baş vermiş son iqtisadi proseslər ölkə əhalisində qayğı və narahatlıq hissini artırsa da, banklara inamı azaltsa da, insanlar yenə də banklara müraciət edir və bank xidmətlərindən yararlanmağa çalışırlar. Bunlar isə olması vacib olan proseslərdir.
İkinci devalvasiyadan sonra, kreditlərin ödənişində yaranan problemlər əmanətlərin geri qaytarılmasında yaşanan problemlərə çevrildi.
Azərbaycan Mərkəzi bankının aprelin 1-nə açıqladığı məlumatlara əsasən deyə bilərik ki, ölkə ərazisində cəmi depozitlərin həcmi 23 121,6 mln. manat təşkil edib. Bu göstərici ötən ayla müqayisə 9% çoxdur, ilin əvvəli ilə müqayisədə isə 1% azdır.
Fiziki şəxslərin yerləşdirdiyi əmanətlərin həcmi isə aprel ayının 1-nə olan göstəricilərə əsasən 7 888,9 mln.manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə isə fiziki şəxslərin əmanətləri 1,38% artıb.
Banco.az saytı olaraq, əmanət göstəricilərinin qonşu ölkələrlə olan müqayisəsi araşdırdıq.
İlk növbədə ölkələr üzrə 1 ilə qədər olan əmanətlərə təyin edilən orta faiz göstəricilərinə nəzər saldıq.
Cari ilin aprel ayının 1-nə olan məlumatlara əsasən deyə bilərik ki, ən yüksək orta faiz göstəricisi Qazaxıstandadır. Ən aşağı göstərici isə Ölkəmizdə müşahidə olunur.
Cari dövrdə ölkələr üzrə cəmi depozitlərin həcmi ilə cədvəldən tanış ola bilərsiniz:
Ölkə | Cəmi depozitlər |
Azərbaycan | 23,121,600,000 AZN |
Türkiyə | 1,251,343,735,000 TL |
Rusiya | 50,846,688,000,000 RUB |
Gürcüstan | 15,367,282,000 GEL |
Qazaxıstan | 6,753,308,000,000 KZT |
Ermənistan | 2,015,445,000,000 AMD |
Azərbaycanda ötən ayla müqayisədə 9% artım, Türkiyədə 1% artım, Rusiyada 3% azalma, Gürcüstanda 3% azalma, Qazaxıstanda 3% azalma, Ermənistanda 1% artım müşahidə olunur.
Qeyd edək ki, göstəricilər Ölkələrin mərkəzi banklarından götürülmüşdür və cari ilin aprel ayına açıqlanan göstəricilərdir.