Bu gün banklara depozit yatıran müştəriləri maraqlandıran məsələlərdən biri də inflyasiyanın səviyyəsidir. Çünki pulun zaman dəyəri (time value of money) adlanan bir nəzəriyyə mövcuddur ki, bu da birbaşa insanları öz vəsaitlərindən səmərəli istifadəyə məcbur edir. Belə ki, bu günün 100 manatı 1 ildən sonra inflyasiyanın təsiri ilə eyni alıcılıq qabiliyyətinə malik olmur. Əgər inflyasiya 10% təşkil edirsə, bir il sonra 100 manat məbləğ ilə 10% daha az məhsul alınacaqdır. Yəni eyni miqdarda məhsulu almaq üçün 110 manata ehtiyacınız olacaqdır. Bəs bunun əmanətlərə təsiri necədir?
İlk növbədə qeyd etməliyəm ki, insanlar öz vəsaitlərini əmanət şəklində bankara qoyarkən əldə edəcəkləri faiz dərəcəsinə daha çox diqqət yetirirlər.
Faiz dərəcəsinin yüksək olması əmanətçiləri cəlb edən ilkin faktordur. Amma faiz dərəcəsinin inflyasiya göstəricisindən yüksək olması, deyərdim ki, ən vacib amildir. İnflyasiyanın artımı bankları əmanətlərə görə verilən faiz dərəcəsini artırmağa məcbur edir. Əks halda, əmanətlərin cəlbediciliyini qorumaq çətin olar. Məsələn, əgər müştəri banka 1 illik 15% dərəcə ilə 1000 manat yatırmaq niyətindədirsə, ilin sonunda onun əldə edəcəyi məbləğ 1150 manat təşkil edəcəkdir. Onun gəliri 150 manat həcmində müəyyən olunur. Amma bu nominal gəlirdir. Real gəliri hesablamaq üçun isə bizə inflyasiya göstəricisi lazımdır. Əgər həmin ildə inflyasiya 11% təşkil edirsə, bir il sonra 1000 manat eyni dərəcədə amortizasiyaya uğrayır və 1100 manat 1000 manat dəyərində mübadilə olunur. Deməli, bir ildən sonra əmanətçinin real gəliri 1150-1100 yəni 50 manat məbləğində qeydə alınır.
İnflyasiya göstəricisi yüksək olan ölkələrdə əmanətə maraq daha azdır.
Mərkəzi Bankın məlumatlarına əsasən, 2016-cı ilin fevralında Azərbaycanda inflyasiya 11,7% təşkil edirmişdir. Bank sektorunda isə ən yüksək faiz dərəcəsi təklif edən bir sıra banklar vardır.
2016-cı il may ayının məlumatlarına əsasən manatla qəbul edilən əmanətlərə görə ən yüksək faiz dərəcəsini təklif edən ilk üç bank:
Bank |
Min.məbləğ |
Aylıq |
Müddətin sonunda |
Əmanətin adı |
Caspian Development Bank |
500 |
15% |
15% |
|
Bank BTB |
100 |
14% |
16% |
|
Dəmirbank |
100 |
14% |
14% |
Dollarla qəbul olunan əmanətlərə görə:
Bank |
Min.məbləğ |
Aylıq |
Müddətin sonunda |
Əmanətin adı |
Amrahbank |
500 |
8% |
8,30% |
|
AtaBank |
500 |
8% |
9% |
|
NBC Bank |
- |
7,5% |
8% |
Avro ilə qəbul olunan əmanətlərə görə:
Bank |
Min.Məbləğ |
Aylıq |
Müddətin sonunda |
Əmanətin adı |
NBC Bank |
- |
7% |
7% |
|
Amrahbank |
500 |
6% |
6,50% |
|
Nikoil Bank |
100 |
6% |
6,50% |
Banco.az-ın 2016-cı il may ayı üzrə sərfəli əmanətlər haqqında xəbərinə əsasən bankların əmanət göstəriciləri və onların faiz dərəcələri haqqında məlumat əldə edə bilərsiniz.
Manatla qəbul olunan əmanətlər;
http://banco.az/az/news/hansi-bankda-manat-emaneti-daha-serfelidir-may-2016
dollarla qəbul olunan əmanətlər;
http://banco.az/az/news/en-serfeli-dollar-emaneti-hansi-bankdadir-may-2016
Avro ilə qəbul olunan əmanətlər üzrə;
http://banco.az/az/news/serfeli-avro-emanetleri-may-2016
məlumatları bu linklərə daxil olmaqla öyrənə bilərsiniz.
Eləcə də, Access Bankın 17.05.2016-cı il tarixindən 30.06.2016-cı il tarixinədək əmanət məhsullarına aid yeni kampaniya çərçivəsində təklif etdiyi faiz dərəcələri də olduqca cəlbedicidir. Belə ki, bu haqda məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
http://banco.az/az/news/accessbank-emanetlerin-faiz-derecelerini-18-e-qaldirdi