İqtisadçı alim Vüqar Bayramov sosial şəbəkədə Mərkəzi Bankın uçot dərəcələrini artırması ilə bağlı fikirlərini paylaşıb:
Mərkəzi Bank bu gündən uçot stavkasının 3 faizədən 5 faizədək yükəldib. Bununla öz uçot stavkasını mövcud infilyasiya səviyyəsinə uyğunlaşdırmağa çalışan Mərkəzi Bank sözügedən addımın manatla yığımlara marağı artırmaq məqsədi daşıdığını bildirsə də bu milli valyuta ilə yığımlarda ciddi fərq yaratmayacaq. Əvvəlla, Mərkəzi Bankın uçot stavkası simvolik xarakter daşıyır və o kredit bazarına, demək olar, təsir göstərmir.
Elə bu səbəbdən də 2011-ci ildən dünənədək azalan uçot stvakası kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarmamışdı. İkincisi, uçot stavkası əvvəllər 3 faiz olduğu halda banklar istehlak kreditlərini 24-29 faizlə təklif edirdilər. Bu isə o demək idi, uçot stavkası ilə kredit faizləri arasında nə çox- nə az 10 dəfəyə yaxın fərq var idi. İndi bu fərq 6 dəfə olub. Ciddi heç nə dəyişməyib. Təssəvvür edin: uçot stavkasl 5 faizdir, kreditlər isə 29 faizlə verilir. Bu heç bir iqtisadi qanunlar ilə izah edilə bilən fərq deyil. Aydındır ki, belə kəskin fərqin olduğu kredit bazarına uçot stavkasının təsirləri nəinki marjinaldır, ümumiyyətlə yoxdur.
Ən sərfəli kredit üçün müraciət et Üçüncüsü, baş bankın bu addımdan öncə də milli valyuta üzrə yığımlara daha çox faiz ödənilsə də bu manatla yığımlara marağın artmasına səbəb olmayıb. Əksinə, manatla depozitlərin ümumi depozit portfelində payı təxminən 50 faizdən 15 faizədək azalıb. Bu isə dollarlaşma səviyyəsinin necə yüksək olduğunu göstərir.
Dördüncüsü, kommersiya bankları əldə etdikləri vəsaitin təxminən 4/5-ni Mərkəzi Bankdan kənar mənbələrədən cəlb edirsə o zaman uçot stavkasının dəyişidirlməsi nəyə təsir göstərə bilər ki?
Bütövlükdə, pul bazasını inzibati şəkildə son bir ildə 12 milyard manatdan 5.8 milyard manatadək azaldan Mərkəzi Bankın uçot stavkasının artırması kredit bazarına və yığımlara, demək olar, heç bir ciddi təsiri olmayacaq.