İnternet Bankçlıqda bu şeylərə diqqət etməlisiniz | Banco.az

İnternet Bankçlıqda bu şeylərə diqqət etməlisiniz

Artıq bir çoxumuz bank ilə əlaqədar əməliyyatlarımızı internet şöbələri vasitəsi ilə edirik. İnternet şöbələri vasitəsi ilə əməliyyat etmənin rahatlığı qədər, bəzi riskləri də vardır. Bu riskləri aradan qaldırmaq üçün bəzi xırdalıqlara fikir vermək lazımdır:

  • İnternet bankınıza daxil olduğunuz komputerin sizin şəxsi komputeriniz olmasına xüsusi fikir verin. Ortaq istifadə etdiyiniz komputerdən yaxşı olardı ki, hesabınıza daxil olmayasınız.
  • Komputeriniz lisenziyalı antivirus proqramı ilə qorunmalıdır.
  • İnternet bankınıza daxil olarkən komputerinizdə başqa bir səhifə ya da proqram açıq olmamalıdır.
  • Daxil olduğunuz linkin https ilə başladığına fikir verməlisiniz.
  • Bankınızın internet şöbəsini tez-tez istifadə olunan saytlar hissəsində qeyd etməyin.
  • Hər kəsə açıq olan Wi-Fi sahələrindən internet bankınıza daxil olmayın.
  • İnternet banking xidmətindən istifadə etdikdən sonra, çıxış düyməsinə basaraq əməliyyatı sonlandırın.
  • Çıxdıqdan sonra brauzerinizdən çərəzləri və parolları təmizləyin.
  • Şifrələrinizi başqaları qətiyyən paylaşmayın.
  • Heç bir bank mail ilə əməliyyat etdirməz. Saxta maillərdəki linkləri qətiyyən açmayın və ya hər hansı bir əməliyyatı yerinə yetirməyin.

​​Yuxarıda qeyd olunanlara əməl etsəniz, hesabınızı etibarlı istifadə etmiş olarsınız.

Ölkəmizdəki internet bankçılıq xidmətlərini təqdim edən banklar:

AccessBank

AFB Bank

AGBank

Amrahbank

Ən sərfəli kredit üçün müraciət et

Atabank

Bank BTB

Bank of Baku

Bank Respublika

Bank Standard

Beynəlxalq Bank

Dəmirbank

Expressbank

Kapital Bank

Nikoil Bank

Paşa Bank

Rabitəbank

Unibank

Xalq Bank

Yapı Kredi Bank Azərbaycan

***İnternet Banka bankların adına klikləyərək daxil ola bilərsiniz