Müsahibələr həyatımızın önəmli hissəsidir. Müsahibəyə gedərkən bu 11 amilə mütləq fikir verin:
Zaman: müsahibənin keçiriləcəyi yeri və vaxtı dəqiq öyrənin və 10 dəqiqə əvvəldən görüş yerində olun.
Paltar: görüşə gedəcəyiniz şirkətin missiyalarına uyğun geyinməyə çalışın.
Davranış: İş görüşünün keçiriləcəyi yerə getdikdə qarşılaşdığınız hər kəsə qarşı hörmətli olmağa çalışın.
Cv: CV-nizi hazırlayarkən, bütün bölmələri doldurmağa çalışın. Görüş əsnasında mütləq yanınızda cv-nizin bir nüsxəsi olsun.
Danışıq: Özünüzdən əmin bir formada danışın və dəqiq ifadələrdən istifadə edin.
Telefon: İş görüşü əsnasında cib telefonunu mütləq söndürün.
Sual cavab: Soruşulan suallara dəqiq cavablar verin.
Dəqiqlik: Söhbət əsnasında anlamadığınız bir şey olduqda mütləq soruşun və dəqiq cavablar tələb edin.
Siqaret: Görüş əsnasında qarşı tərəf siqaret təklif etsə də qəbul etməyin.
Düzgün danışmaq: Görüş zamanı danışıq qaydalarına riayət edin.
Təəssürat: Əvvəlki iş yeriniz barədə sual verildikdə, mənfi bir şey söyləməməyə çalışın.