Mərkəzi Bank qarşıdan gələn 3 gün üçün məzənnəni açıqladı | Banco.az

Mərkəzi Bank qarşıdan gələn 3 gün üçün məzənnəni açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-ə olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.

Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, yanvarın 18-ə USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində müəyyən olunub.

Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1,04% və ya 0,0164 manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu məzənnə 16-18 yanvar tarixlərində qüvvədə olacaq.

Onu da qeyd edək ki, bu, AMB-nin İdarə Heyətinin ötən ilin 21 dekabr tarixində üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra dolların manata qarşı ən yüksək məzənnəsidir. İndiyə qədər USD/AZN rəsmi məzənnəsi yanvarın 14-15-də olub - 1,5706.