"Anglo Asian Mining"in Azərbaycan banklarına kredit borcu açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Anglo Asian Mining"in Azərbaycan banklarına kredit borcu açıqlanıb

Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan "Anglo Asian Mining" şirkəti banklara olan borcunun həcmini açıqlayıb.

Banco.az “APA-Economics”ə istinadən xəbər verir ki, 2015-ci ilin dekabrın 31-nə şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 49,2 mln. dollar təşkil edib ki, bu da 2014-cü ilin dekabrın 31-i ilə müqayisədə, 3,2 mln. dollar və ya 6,11% azdır.

Ümumilikdə, şirkətin "Amsterdam Trade Bank"a 27,1 mln. dollar, Azərbaycan Beynəlxalq Bankına 11,7 mln. dollar, "Atlas Copco"ya 0,4 mln. dollar, "YapiKredi Bank"a 1,7 mln. dollar, "PAŞA Bank"a 4,6 mln. dollar həcmində kredit borcu var.