Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir | Banco.az

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir

Bu gün dekabrın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 28-i ilə müqayisədə 0,11% və ya 0,0017 manat artaraq 1,5578 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  da 0,09% və ya 0,0015 manat artaraq 1,7094 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,05% və ya 0,0005 manat azalaraq 0,0216 manat olub.