Azərbaycan Banklar Assosiasiyası: Manatın məzənnəsinin kəskin dəyişəcəyi gözlənilmir | Banco.az

Azərbaycan Banklar Assosiasiyası: Manatın məzənnəsinin kəskin dəyişəcəyi gözlənilmir

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb.

Banco.az Trend-ə istinadən xəbər verir ki,  Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğundan bildiriblər ki, bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.