YapıKredi Bank Azərbaycandan yeni kampaniya! | Banco.az

YapıKredi Bank Azərbaycandan yeni kampaniya!

YapıKredi Bank Azərbaycan Worlcard və ya Pulkart-ı olan fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.

Kampaniya 1-31 dekabr tarixləri arasında həyata keçiriləcəkdir. Kampaniyadan yararlanmaq üçün müştərinin, kampaniya müddəti ərzində İnternet Bankçılıq xidməti vasitəsiilə “Ödənişlər”, “Təlimatlı Fakturalar” menyusundan faktura borcları üçün Avtomatik Ödəniş Təlimatı verməsi kifayətdir. Müştəri, yalnız bir dəfə Avtomatik Ödəniş Təlimatı verməklə kommunal, mobil, kabel TV, ev telefonu və internet ödənişlərinin hər ay avtomatik olaraq Worldcard-ından və ya Pulkart hesabından ödənilməsini təmin etməklə yanaşı, hər ödəniş təlimatı üçün 2 manat bal qazanmaqla maksimum 10 manat bal qazanmaq imkanı da əldə edəcəkdir. Verilmiş ödəniş təlimatı 31 yanvar 2016 tarixinə qədər ləğv edilməməlidir. Kampaniya çərçivəsində qazanılan ballar 6 fevral 2016 tarixinə qədər müştərinin Worldcard-ına, Worldcard-ı olmadığında isə Pulkart-ına yüklənəcəkdir. Müştəri, bir abunə nömrəsinə bir neçə ödəniş təlimatı verərsə, bunlardan yalnız biri nəzərə alınacaq. Mövcud faktura təlimatı olan müştərilər kampaniyada iştirak etmir. Biznes kartdan verilən təlimatlar kampaniyaya daxil deyil. Minimum təlimat məbləği 1 AZN-dir. 1 iyun 2015-ci il tarixindən etibarən verilmiş təlimatlar ləğv edilərək yenidən verildiyi təqdirdə kampaniyada nəzərə alınmır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırlatmaq istərdik ki, İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən eyni gün ərzində verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura borcları üçün Avtomatik Ödəniş Təlimatı verməlidir. Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı *0444 Yapı KrediBank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

YapıKredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pulköçürmə, sığorta, İnternet Bankçılıq, Mobil Bankçılıqvə 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.