Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün dekabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0495 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası bu gün 0,0086 manat və ya 0,74% ucuzlaşaraq 1,1477 manata düşüb.

Manata nəzərən Rusiya rublunun məzənnəsi artıq üç gündür ki, 0,0149 manat səviyyəsində qərarlaşıb.