İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosu tərəfindən 22 sentyabr 2013-cü il tarixində saat 02:05 radələrində Borsunlu-Hindarx avtomobil yolunun 74-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə 14 dekabr 2015-ci il tarixində köçürülüb.