Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə bağlanan əqdlərin ümumi həcmi 8 235 779,4 min manat təşkil edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% azalma deməkdir.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi 28 dəfədən çox azalaraq 579,3 mln. manatdan 20,5 mln. manata enib. Pay bazarı 3,4 dəfə azalaraq 929,0 mln. manatdan 276,4 mln. manata düşüb.