Yapı Kredi Bank Azərbaycan gəlirlərini artırıb | Banco.az

Yapı Kredi Bank Azərbaycan gəlirlərini artırıb

Azərbaycanın tam xarici kapitallı (Türkiyənin Koç Qrupu və İtaliyanın Unicredit bankı) banklarından biri olan Yapı Kredi Bank Azərbaycan QSC-nin aktivlərində 2015-ci ilin ilk doqquz ayında 6,38%-lik artım müşahidə olunmuşdur və aktivlər 30.09.2015 tarixinə 361,3 milyon AZN təşkil etmişdir.

Yapı Kred Bank Azərbaycan QSC 2015-ci ilin 3-cü rübünə olan hesabatını ictimaiyyətə açıqlayıb. Belə ki, bankın veb səhifəsində qeyd edilən məlumata əsasən 2014-cü ilin üçüncü rübü ilə müqayisədə 2015-ci ilin üçüncü rübünün yekununda bankın faiz gəlirləri 7,28% artaraq 27,2 milyon AZN, qeyri-faiz gəlirləri isə 18,08% artaraq 11,7 milyon AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il Yapı Kredi Bank Azərbaycan müştərilərinə verdiyi keyfiyyətli xidmətinə, innovativ məhsullarına və dayanıqlı inkişaf göstəricilərinə görə, İngiltərənin dünyaca məşhur Global Banking and Finance Review təşkilatı tərəfindən 2015-ci ilin Ən Yaxşı Pərakəndə Bankı və 2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu mükafatlarına layiq görülmüşdür.

Yapı Kredi Bank Azərbaycan 2000-ci ildə fəaliyyət göstərir və hal hazırda bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 18 filialı mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et