NIKOIL | Forex – beynəlxalq maliyyə bazarlarına çıxış | Banco.az

NIKOIL | Forex – beynəlxalq maliyyə bazarlarına çıxış

2015-ci ilin ikinci rübünün əvvəlində NIKOIL| Bank-ınməhsulları sırasına daha bir yenisi əlavə olundu – NIKOIL| Forex.

Məhsul, valyuta risklərinin sığortalanması üçün eyni zamanda həm qısamüddətli maliyyə əməliyyatları, həm də uzunmüddətli əməliyyatlar həyata keçirən investorlar üçün nəzərdə tutulub.

Bütün əməliyyatlar onlayn rejimdə, İnternet vasitəsilə aparılır.

İnvestorlara valyuta cütlükləri, qiymətli daşlar (qızıl və gümüş) və eyni zamanda neft brendli Brent və WTI-ın CFD-si (müxtəliflik üçün müqavilələr) və dünyanın öndə gedən fond birjalarının indekslərini də daxil etməklə yüzlərlə ticarət alətləri təqdim olunur.

NIKOIL| Forex, bankın elektron sistemi olan NIKOIL|Trader-in köməyi ilə beynəlxalq maliyyə bazarına çıxış və eyni zamanda ticarət əməliyyatları aparmağa imkan yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Məhsula məxsus xüsusi dizaynda yaradılmış www.forex.nikoil.az rəsmi səhifəsində, NIKOIL| Forex-lə bağlı bütün məlumatlar, ticarət platformasının bütün versiyalarını yükləmək üçün ətraflı yollar və real zamanda iqtisadi xəbərlər yerləşdirilmişdir.

Bundan əlavə, müştərilər, əsas ticarət alətləri vasitəsilə bazarın ümumi görünüşü, texniki və fundamental təhlili ilə təmin olunacaqlar.  

NIKOIL| Forex, xüsusi aksiyalar və kampaniyalarla bağlı bütün məlumatlar üçün (012) 981 (5555) qısa nömrəsinə zəng edə, [email protected] mail adresinə yaza və ya sadəcə www.forex.nikoil.az səhifəsini ziyarət edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et