Nikoil Bank haqqında yayılan məlumatları təkzib etdi. | Banco.az

Nikoil Bank haqqında yayılan məlumatları təkzib etdi.

14 noyabr 2015 –ci il tarixində bəzi saytlarda ““Nikoil” bank iflasın astanasında: Müştərilər pullarını istəyir, bankın isə pulu yoxdur...” adı altında dərc olunan yazıya cavab olaraq bildirmək istəyirik ki, dünya iqtisadiyyatında baş verən böhrana baxmayaraq  ölkə rəhbəri Cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik temp ilə inkişaf edir. Bunun bariz nümunəsi olaraq qeyd edı bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoyl Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla  qurmaqda davam edir.  Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur.  Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək  və əhalidə əsassız ajiotajın yaradılması, eləcədə Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır. 

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazıları öz saytlarında dərc edən resurslardan əhaliyə düzgün informasiya və dəqiq məlumat çatdırılması xahiş olunur 

Ən sərfəli krediti almaq üçün müraciət et