Azərbaycanda dollar və avro bahalaşıb | Banco.az

Azərbaycanda dollar və avro bahalaşıb

Bu gün noyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,0003 manat və ya 0,3% artaraq 1,0504 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,002 manat və ya 0,18% artaraq 1,1301 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə ötən gün olduğu kimi 0,0163 manat səviyyəsində qərarlaşıb.