“Brand Credit BOKT" MMC İdarə Heyətinin sədr müavini vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali təhsil;
- Uyğun vəzifədə ən azı 2 il iş təcrübəsinə malik olmaq;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
- Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
- Səmimi və mehriban xasiyyətə malik olmaq;
- Azərbaycan və Rus dilini mükəmməl bilmək:
- Ümumi PC, ofis proqramlarından istifadə qaydalarını bilmək;
Öhdəliklər:
- BOKT-un Strateji Baxışı, Missiya Hesabatı, Strateji Planı və digər planların hazırlanmasında və icrasında iştirak etmək;
- Nəzarət etdiyi sahələr üzrə BOKT-un idarə olunmasını və fəaliyyətini, o cümlədən müvafiq planların həyata keçirilməsini təmin etmək;
- Ona verilmiş səlahiyyətlər daxilində BOKT-un qarşılaşdığı və proqnozlaşdırıldığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsini və tətbiqini təmin etmək;
- Müvafiq daxili komitələrə və komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək;
- Kurasiya etdiyi struktur bölmələrin kadrlarla təmin edilməsini, bu bölmələrin fəaliyyətinin səmərəli təşkil olunmasını, taktiki planlarının hazırlanmasını və yerinə yetirilməsini təşkil və təmin etmək;
- Təşkilatda qəbul olunan mükafatlandırma sisteminə uyğun kurasiyasında olan struktur bölmələrin rəhbər işçilərinin fəaliyyətini qiymətləndirmək, sıravi işçilərin isə fəaliyyətinin qiymətləndirilməsini təsdiq etmək;
- İdarə Heyəti rəhbərlərinin imza səlahiyyətləri bölgüsünə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirmək.
- Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq.
Əlaqə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.