Bu ay nə qədər daşınmaz əmlak icbari sığortaya cəlb olunub? | Banco.az

Bu ay nə qədər daşınmaz əmlak icbari sığortaya cəlb olunub?

2015-ci ilin oktyabr ayında Daşınmaz əmlakın icbari sığortası üzrə 5 268 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 2%-i inzibati binalar, 42%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 38%, sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabr ayında Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 18 750 manat, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 6 898 manat təşkil edib.