Məzənnədə nə dəyişiklik olub? | Banco.az

Məzənnədə nə dəyişiklik olub?

Bu gün oktyabrın 9-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 12-si olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 9-u ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0474 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0095 manat və ya 0,8% artaraq 1,1914 manata yüksəlib.