Müəllif: Orxan Rza
Dünyada 1,44 milyard, Azərbaycanda isə 1,6 milyon istifadəçisi olan Facebook hazırda sosial şəbəkə olmaqla yanaşı həm də nəhəng reklam platformasıdır. Və bu platforma özündə bir neçə üstün cəhəti birləşdirir ki, reklamverənlər üçün əvəzsiz imkanlar yaradır. Bu yazıda sizə Facebook’un 7 üstün cəhəti barədə danışacam:
1. Ən ucuz reklam
Facebook’da reklam istənilən digər reklam kanalı ilə müqayisədə ən ucuzudur. Aşağıdakı infoqrafika beynəlxalq bir araşdırmanın nəticəsi olsa da ölkəmizdəki reklam qiymətləri aşağı-yuxarı buradakılarla eynidir. Reklamı 1000 nәfәrә göstərə bilmək üçün fərqli reklam kanallarında xərclənən pulun miqdarıdır. Facebook’un fərqi açıq-aşkardır.
2. “Native” reklam
Hazırda reklam dünyasındakı tendensiya “banner” reklamı dövründən “native”, bizim dildə desək “təbii” reklam dövrünə keçid edib. Facebook’un ana səhifədəsindəki statusları oxuyursan, 5 postdan biri sənin izləmədiyin, reklam səbəbilə sənin ana səhifəndə çıxan post olur. Amma sən çox vaxt onu hiss etmirsən. Marağını cəlb edirsə daxil olub ətraflı baxırsan, şərh yazırsan, linkə daxil olursan. Bu olur təbii reklam. Reklamverәn sənə hiss etdirmədən reklamını sənə göstərir. Amma televiziyada baxdığın verilişin ortasında aparıcı fasilə edib, “indi isə REKLAMLAR” deyәndə sən nə edirsən? Durub mətbəxə keçirsən ki, çayını təzələyəsən.
3. İstədiyin formatda reklam
TV’də yalnız video formatında reklam etmək olar, metro platformasında, avtobusun üzərində şəkil formatında, radioda isə yalnız audio formatında reklam mümkündür. Amma Facebook’da sən həm mətn, həm şəkil, həm audio, də video formatında reklam yarada bilirsən, üstәlik bunların hamısını eyni vaxtda vә ya әksinә, müәyyәn ardıcıllıqla vahid bir platformada edirsәn.
4. Reklamın hər yerdə
Facebook indi hər kəsin evində yox, hәtta hər kəsin cibindədir. Ölkәdә olan 1,6 milyon Facebook istifadәçisinin 1,3 milyonu hәm dә mobil cihazlardan Facebook’a daxil olur. Bu, 1,3 milyon potensial insanın sizin reklamı cibindә gәzdirmәsi demәkdir. Yәni hәtta kompüter olmayan evdә belә, sizin reklamı görә bilәrlәr.
5. Bakı ya Paris, fәrqi yoxdur
Deyәk ki, Bakıda yox, Parisdә reklam vermәk istәyirsәn, bunun üçün hansı prosedurlardan keçmәli olduğunu düşün. Reklamının yayımlanmağa başlaması bir neçә gün çәkә bilәr. Facebookda isә Bakı auditoriyası üçün sәrf etdiyin vaxtı sәrf etmәklә Paris auditoriyası üçün dә reklam yerlәşdirә bilirsәn.
Vә yaxud, sәnin Әhmәdlidә mağazan var, xәritәdә mağazanın yerlәşdiyi nöqtәni seçib, mağazanın olduğu yerdәn 100 metr vә ya 1 km radiusda yaşayan insanlara reklamını göstәrә bilәrsәn.
6. İstədiyin auditoriyanı seçə bilmək
Reklam işini gördüyüm şirkәtlәrdәn birinin mәhsulu spesifik, hәmçinin bahalı idi. Mәqsәd Facebookda onu ala bilәcәk kütlәyә çatmaq lazım idi. Vә biz bunun öhdәsindәn gәldik. Reklam kampaniyası cәmi 2000 nәfәrә çatdı, amma bu, hәmin şirkәtin istәdiyi 2000 nәfәr idi: yaşı 30dan çox olan, ailәli, iPhone 6 vә 6 Plus işlәdәn kişilәr. Bizә cәmi 10 müştәri lazım idi vә 5 günә hәmin müştәrini Facebook gәtirdi. Şirkәt reklama xәrclәdiyi pulun 9 qatı qәdәr gәlir әldә etdi. Bәli, Facebook sizә bu imkanı verir. Reklam modulunun tәqdim etdiyi filterlәmә alәtlәrilә yüzdәn çox seqmentasiya kombinasıyası yaratmaq mümkündür.
7. İstədiyin vaxt reklamda dəyişiklik etmək imkanı
TV’dә, avtobusda vә ya bilbordda verdiyin bir reklam çarxında hansısa uyğunsuzluq olduğunu aşkarladın, onu dәyişmәk üçün kifayət qәdәr vaxt vә bәzi hallarda pul sәrf etmәlisәn. Facebookda isә elә bir hal aşkarlasan reklamı hәmin an dayandıra bilәr vә ya dәyişiklik edib yenidәn davam etdirә bilәrsәn.
Facebook’un bu və digər saysız üstünlükləri onu əvəzedilməz reklam platformasına çevirir. Odur ki, hansısa məhsulunuzu və ya xidmətinizi düşünmədən Facebook reklamı vasitəsilə tanıtmağa başlaya bilərsiniz. Amma bir məsələ var ki, hər işdə olduğu kimi Facebook’da reklam yaratmaq təcrübə tələb edir. Reklamı yaratmaq asandır, lakin sənin məhsuluna 1000 nəfərin baxması üçün sənin büdcəndən 50 dollar gedəcək, yoxsa 5 dollar, bu artıq təcrübə gərəkdirən işdir. Deyilənlərə diqqət etməklə uğurlu və gəlir gətirəcək Facebook reklamları yaratmaq olar.