Vakansiya haqqında məlumat:
Filialın Kredit Meneceri (BİZNES)
Bakı, Sumqayıt, Quba, Qusar, Lənkəran, Masallı, Ağsu və Ağcabədi
Vəzifə üzrə əsas fəaliyyət:
- Potensial müştərilərin banka cəlb olunması
- Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
- Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi
- Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
- Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
- Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
- Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
- Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
- Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün lazımı tədbirlərin həyata keçirilməsi
Namizədə olan tələblər:
- Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
- Ən azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
- Komandanın idarə edilməsində təcrübənin olması
- Liderlik keyfiyyətlərinə malik olması
- Yüksək təhlil etmə bacarıqları
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
- Təlim keçmə sahəsində təcrübənin olması
- Satışın psixologiyası və prinsiplərini əla bilməsi
- Fərdi və komanda şəklində işləmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
İş şəraiti və inkişaf imkanları:
- Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
- Bilik və bacarıqları daima artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
- Şəxsi göstəricilər nəticəsində karyera artım imkanları və s.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33