"Standard & Poor's" Azərbaycan bank sisteminin risk dərəcəsini açıqlayıb | Banco.az

"Standard & Poor's" Azərbaycan bank sisteminin risk dərəcəsini açıqlayıb

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan bankları üçün risk dərəcəsinin "ən yüksək" olduğunu bəyan edib. Agentlik Avropa, Orta Şərq və Afrika bölgəsində olan ölkələrin milli valyutalarının zəifləməsinin bu ölkələrdəki bankların risklərini artırdığını bildirib. Bu haqda Banco.az portalı "Report"-a istinadən məlumat verir. 

"S&P"-nin analitiki Timuçin Engin hazırladığı məruzədə Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriyanın bank sisteminin risklərini "ən yüksək", Rusiya, Gürcüstan və Türkiyə üçün isə "yüksək" olduğunu qeyd edib. Məruzədə Cənubi Afrika, Polşa, Macarıstan və Xorvatiyanın bank sistemlərinin daha az neqativ təsirə məruz qalacağı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

T.Engin məruzəsində risk amillərinin ölkədən ölkəyə dəyişdiyini, əsasən 3 elementdən ibarət olduğunu açıqlayıb. Bu, valyuta kreditlərində bankların yüksək kredit itkiləri, xalis açıq valyuta mövqeyindən yaranan zərər və xarici borca bağlı olan bankların maliyyələşmə problemlərinin yaranması amilləridir.

Məruzədə Türkiyəni yaxın gələcəkdə daha yüksək kredit itkiləri ilə qarşılaşacağı vurğulanıb.