Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin həcmi azalıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabata əsasən, iyul ayında Azərbaycan banklarının kredit portfeli 43,9 mln. manat və ya 3,3% azalaraq 1 294,8 mln. manat təşkil edib.
Kredit portfelində problemli kreditlərin həcmi isə 33,8 mln. manat və ya 3,7% azalaraq avqustun 1-nə 887,2 mln. manat olub.
Manatla kreditlərin strukturunda isə problemli kreditlərin xüsusi çəkisi 8%-dən 7,8%-ə enib (keçən ilin analoji dövründə 5,7% olub).
Xarici valyutada vaxtı keçmiş kreditlər aylıq müqayisədə 10,1 mln. manat və ya 2,4% azalaraq avqustun 1-nə 407,6 mln. manat olub. Valyuta kreditlərinin 4,6%-i problemli kreditlərin payına düşüb ki, bir ay öncə bu göstərici 4,8%, keçən ilin avqustun əvvəlində isə 4,1 % təşkil edib.